Bakıda təmirə bağlanan küçə açıldı - FOTO

Bakıda təmirə bağlanan küçədə nəqliyyat vasitələrinin hərəkəti bərpa olundu.Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsində yerləşən tunelin girişinə qədər olan hissəsində asfalt-beton örtüyünün yenilənməsi işləri tamamlandığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.ANN.Az