Bakıdan Sarkisyana təbrik

18:39 | 30.06.2014
Bakıdan Sarkisyana təbrik

Bakıdan Sarkisyana təbrik

ATƏT regionunda olan münaqişə ocaqlarında xüsusi məruzəçilərin müddətsiz olaraq fəaliyyət göstərməsi ilə bağlı qanunda dəyişiklik etməlidir.

ANS PRESS-in məlumatına görə, ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyası çərçivəsində keçirilən Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü, "Respublikaçılar Partiyası" fraksiyasından olan deputat Artaşes Qeqamyan belə deyib. O, Ermənistan nümayəndə heyəti “Helsinki+40: məqsəd hər bir insana təhlükəsizlik” qətnaməsinə 38-ci düzəlişi təklif edib. Erməni deputat bildirib ki, Azərbaycan Ermənistan, Fransa, Rusiya prezidentlərinin Minskdə görüşü baş tutub. Qarabağ münaqişəsi isə bu görüşün nəticələrinə əsasən həll edilməlidir:“Bu təklif prezidentlərin görüşlərinə əsaslanır. S.Sarkisyanın münaqişənin həlli zamanı bu görüşdəki fikirləri nəzərə alınmalıdır". Erməni deputat Qeqamyan əlindəki fürsətdən istifadə edərək Sarkisyanın ad gününü də təbrik edib. "İnanıram ki, münaqişə sülh yolu illə həll ediləcək. ABŞ və Fransa da bizi dəstəkləyəcək”.Azərbaycan parlamentinin vitse spikeri Bahar Murdoava isə Helsinki aktının qanunlarının tətbiqi zamanı ərazi bütövlüyü məsələsinin əsas götürülməli olduğunu vurğulayıb: “Biz Helsinki qanunlarına qarşı çıxa bilmərik. Azərbaycanı ittiham etmələrinə icazə verə bilmərik. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı bu məsələdə nəzərdə alınmalıdır. Əgər bunlar nəzərə alınmazsa biz 38 saylı düzəlişi qəbul etmirik”.Qeyd edilən düzəlişlə bağlı səsvermə keçirilib və o qəbul edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM