Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR

12:40 | 18.06.2015
Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR

Bakı-2015: Əliyev 1/2 finalda - YENİLƏNİR

Bu gün Bakı-2015-də sərbəst güləş yarışları başa çatacaq. Apasport.az saytının məlumatına görə, baş tutacaq 4 çəki ilə pəhləvanların mübarizəsi də yekunlaşacaq.
 
İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz bu gün də bütün çəkilərdə təmsil olunacaq.  
 
 
Güləş
Kişilər, sərbəst
61 kq
Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı Əliyev də işğalçı ölkənin təmsilçisi ilə qarşılaşıb. Avropa və dünya çempionumuz ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib və o da qardaşı kimi erməniyə öz gücünü göstərib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib. Əliyev 1/4 finalda Mikola Bolotnyukla güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə üz-üzə gələcək.
 
70 kq
Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılıb. 27 yaşlı güləşçimiz bu mərhələdə Maqomedmurad Hacıyevlə (Polşa) döyüşüb. O, hesabda 2:0 hesabı ilə öndə olsa da, 2:7 hesabı ilə uduzub.  
 
86 kq
Ölkəmizi bu çəkidə təmsil edən Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayıb. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Təmsilçimiz startda hesabda geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 14:2. Lakin o bu uğurun ardını gətirə bilməyib. 1/4 finalda Abdulrəşid Sadulayevə (Rusiya) 1:11 hesabı ilə uduzub.
 
125 kq
Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirib. Güləşçimiz döyüşün taleyini ilk hissədəcə həll edib. Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb. Təəssüf ki, görüşdən rəqib üstün ayrılıb - 5:2
 
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb. 

 








 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 






 
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM