"Bakı 2015" I Avropa Oynları başa çatsa da tədbiri izləməyə gələn xarici qonaqların bir hissəsi Azərbaycana səfərlərini davam etdirir. Eyni zamanda, böyük idman tədbirinin təşkilatçıları da hələ bir müddət Bakıda olacaqlar.
Bunu nəzərə alan "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi əsas stansiyalarda fəaliyyət göstərən könüllülərin iş qrafikini iyulun 1-nə qədər uzadılması barədə qərar verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, "İçərişəhər”, "Sahil”, "Nizami”, "28 May” və "Koroğlu” stansiyalarında könüllülər yenə əvvəlki qaydada – növbəlilik əsasında fəaliyyətlərini davam etdirirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !