Dekabrın 9-dan Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək.Bu barədə AYNA-dan bildirilib.
Məlumata görə,Sumqayıt Avtovağzalından yola düşəcək avtobusların son dayanacaq məntəqəsi "20 Yanvar” metrostansiyası ("Azərsu” ASC-nin inzibati binasının yaxınlığında) müəyyən edilib.
Avtobuslar "20 Yanvar” metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında), ekspres avtobuslar üçün nəzərdə tutulmuş xüsusi yerdə dayanacaq.Sərnişinlər metrostansiyadan çıxan kimi avtobuslarla yollarına davam edə biləcəklər.
Ekspres avtobuslarla sərnişinlərin mənzil başına daha rahat və sürətli şəkildə çatması təmin ediləcək. Avtobuslar Bakıdan Sumqayıta və əks istiqamətdə müəyyən edilmiş intervala uyğun cədvəllə hərəkət edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !