• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakı-Supsa ilə neft nəqli müvəqqəti bərpa edilib

Bakı-Supsa ilə neft nəqli müvəqqəti bərpa edilib
01.03.2023 22:40
Rusiya-Ukrayna müharibəsi səbəbindən bağlanmış Bakı-Supsa boru kəməri ilə son 10 ayda ilk dəfə Xəzər dənizindəki "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin nəqli qısa müddətə bərpa edilib.

Həm AÇG yataqlar blokunu, həm də Bakı-Supsa boru kəmərini idarə edən BP şirkəti axının bərpa olunduğunu təsdiqləyib, eyni zamanda, bir tankerin ötən həftəsonu yükü götürdüyünü, ikincini isə bu həftəsonu götürəcəyini əlavə edib.

Boru kəməri ilə axın keçən il, əvvəlcə müvəqqəti olaraq martda, sonra isə yekun olaraq mayda sərbəst üzən minalarla bağlı xəbərlərdən sonra Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən dayandırılmışdı. Bundan sonra Bakı-Supsa ilə nəql olunan neft həcmi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə yönləndirilib. Bu, ayda təxminən 3 milyon barel neftdir.

BP-dən bildirilib ki, Supsaya axın yalnız fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ fonunda Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhanda BTC boru kəmərinin ixrac terminalının altı günlük bağlanması nəticəsində bərpa edilib.

Müharibədən əvvəl Azərbaycan nefti üç ayrı boru kəməri ilə beynəlxalq bazarlara çıxarılırdı: Bakı-Supsa, BTC və Bakı-Novorossiysk boru kəməri ilə. Üçüncü istiqamət üzrə axın da ötən il eyni səbəblərdən dayandırılmışdı, neft həcmi yenidən BTC-yə yönləndirilmişdi.

Bu gün əsas ixrac neft kəməri sutkada 1,2 milyon barel neft vurmaq gücündədir. BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin daha əvvəl qeyd etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürmə qabiliyyəti sutkada 1,6 milyon bareldən 2,2 milyon barelə qədər artırıla bilər.

BP şirkəti neftin Ceyhan terminalından dünya bazarlarına daşınmasını artıq bərpa edib. Fevralın 6-da baş vermiş güclü zəlzələdən sonra BP Türkiyədəki bütün infrastruktura, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Ceyhandakı neft terminalına baxış keçirməyə başlayıb. Yoxlamalar ciddi problemin olmadığını göstərib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
İqtisadiyyat 16:00
Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
İqtisadiyyat 15:26
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Avro və rubl azalıb - Günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro və rubl azalıb - Günün məzənnəsi
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:53
Azərbaycan nefti bahalaşıb
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
İqtisadiyyat 08:43
Neftin ucuzlaşması Azərbaycanda kəsir riski yaradır - İNG
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
İqtisadiyyat 17:56
Umico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
ABB səhmdarlarına 200 000 000 manat
dividend ödəyəcək!
İqtisadiyyat 17:27
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
İqtisadiyyat 14:33
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol