Bakı və Vaşinqton regional təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirə bilər. Bunu dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen deyib.
"Biz bunu artıq səmərəli şəkildə edirik, lakin biz irəlilədikcə, təhlükəsizlik və sülhü təmin etdikcə, regiondan kənardan gələn təhdidləri həll etdikcə və ümumilikdə regionda etimadı artırdıqca daha çox işlər görəcəyimizə ümid edirik. Düşünürəm ki, Orta Dəhliz üzərində işləyirik. Həm Gürcüstandan, həm də Ermənistandan keçən marşrutlar irəliyə doğru mühüm addım olacaq”, - O'Brayen deyib.
O həmçinin bildirib ki , Birləşmiş Ştatlar Azadlığın Müdafiəsi Aktına 907 saylı düzəlişi Vaşinqton və Bakı arasında sıx və dərin əməkdaşlığa maneə hesab etmir.
"Düşünmürəm ki, bizim Konqresimizdə 907-ci maddənin ləğvini nəzərdən keçirmək üçün hər hansı bir istək var, lakin o, istisnalar nəzərdə tutur. Biz əlimizdə olanları təhlil etməkdə davam edirik. Mən hesab edirəm ki, bizim Bakı ilə çox güclü işgüzar əlaqələrimiz var, və 907 saylı düzəliş buna mane ola bilməz”, - ABŞ rəsmisi vurğulayıb.
O'Brayenin sözlərinə görə, iki ölkə bir-biri ilə qarşılıqlı əlaqə yaratmaq üçün çox təsirli yollar tapır.
"Bizim bir çox sahələrdə çox sıx və dərin əməkdaşlığımız var. Odur ki, bu düzəlişin əngəl olduğunu düşünmürəm. Bu, sadəcə bizim problemlərdən biridir və biz onu birlikdə həll etməyə çalışırıq” - O’Brayn deyib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !