Bakıda 37° isti olacaq

13:25 | 04.07.2024
Bakıda 37° isti olacaq

Bakıda 37° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, cənub-şəq küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
 
Məlumata görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM