Rüstəm Qasımov
İçərişəhərdəki "YAY" qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisi keçirilir.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Lomonosov adına MDU-nun Bakı filialının rektoru, professoru Nərgiz Paşayeva, o cümlədən rəsmi şəxslər, mədəni-ictimai xadimlər iştirak edirdilər.
Ekspozisiyaya rəssamın kətan üzərində müxtəlif qarışıq texnikalarda çəkdiyi rəsmlər, məsələn, "Flower beds", "Landscape", "Indigo", "Rockbed", "Overgrown", "The Coral", həmçinin "The Shard" heykəlləri daxil edilib.
"Umwelt" ifadəsi alman dilindən tərcümədə "Ətraf mühit" mənasını verir, bu kəlməni ilk dəfə 1909-cu ildə görkəmli bioloq və filosof Yakob fon İskyullem istifadə edib. Bu termin vasitəsilə o, eyni canlı mühitində (ekosistemdə) müxtəlif canlıların, həmçinin onların mümkün ola biləcək bütün zahiri signallarla müxtəlif cür reaksiyaları faktını izah eləməyə çalışıb. Belə ki, güclü eşitmək və görmək qabiliyyəti olan canlılar dünyanı başqa cür qəbul edir, qoxulama, ultrasəs dalğalarıyla və elektrik məkanı qavrama signalları inkişaf etmiş canlılar isə tamam başqa cür. Bu terminin ortaya çıxmasına səbəb insanların da bir parçası olan ətraf aləmin müxtəlifliyini təsvir etməkdən ibarətdir, - AzerTag xəbər verir.
Fərdi Umwelt bizim qəbul etməyə hazır olduğumuz ətraf aləm sferasıdır, bu hər birimizdə var. Biz balinalar, yarasalar, quşlar və digər canlı məxluqlar kimi ətrafımızda baş verənlərə öz fərdi təcrübə, xarakter və yaşayış şəraitimiz prizmasından baxırıq.
Bizim Umwelt-imiz yaşayış üçün daha əlverişli şəraitə malikdir və o, gündəlik həyatımızda rast gəlidiyimiz hərəkət istiqamətləri, öhdəliklər, risk situasiyaları kompleksini özündə ehtiva edir. Bunun sayəsində biz təkcə dünya barədə "monolit" təsəvvürlərəə deyil, o cümlədən saysız-hesabsız təhriflərin və deformasiyaların hakim olduğu unikal təsvirlər qazanırıq. Bundan başqa, insan digər canlılardan fərqli olaraq, heç də hər zaman müxtəlif baxışların təktərəfliyini obyektiv reallıq kimi qəbul etmir, heç də hər zaman bununla razılaşmır. Ziddiyətlər və uyğunsuzluqlar bizi diskomfort yaşamağa, bəzən də əzab çəkməyə vadar edir. Qavranılan mənaların müxtəlifliyi bizi daha qətiyyətli olmağa vadar edir.
Demək olar ki, hər bir insan tam əminliklə o hisslə yaşayır ki, bütün insanlıq məhz onun Umwelt-inə köklənib. Ancaq çox az sayda insan dərk edir ki, müəyyən sərhədlər var və onlardan o tərəfdə başqa sivilizasiyalar mövcuddur.
Çox zaman biz bizim qavramaq qabiliyyətimizi formalaşdıran, o cümlədən şəxsi Umwelt-imizin digərlərinə necə təsir etməsini ehtiva edən faktorların komplekslilyini başa düşmürük.
İnsan sadəcə olaraq bir-birinə paralel dünyalarda yaşamaqla öz fərdi dünyalarını qururlar və tamamilə əmin olurlar ki, onlara "reallıq" kimi görünən şey dəqiq və təsdiqlənmiş versiyadır. Həqiqətin yalnız bizdə olduğunu güman etmək başqalarının "Umwelt"-ini dərk etməzliyə gətirib çıxarır, cəmiyyət səviyyəsində isə bu, digər fikirlərin rədd olunub, ideoloji doqmaların müdafiəsinə gətirib çıxarır.
Məhz belə situasiyada rəssam təmkinliliyin, dərk edilməzliyin böyük masştabını dərk edən insana çevrilir. Məhz rəssam müxtəlif fərdi proyeksiyalardan ibarət çətin duyğuları "həyat kətanı"na köçürə bilər. İnsanlar müxtəlif koqnitiv dünyalarda yaşayırlar, bu dünyalarda müxtəlif düşüncə prosesləri baş verir və rəssamın yaradıcılığı da belə "dünyaların" konsentrasiyası hesab oluna bilər.
Aida Mahmudova 1982-ci ildə Bakıda doğulub, burada yaşayıb yaradır. 2006-cı ildə o, Londondakı Müqəddəs Martin adına incəsənət və dizayn kollecinin rəssamlıq fakültəsini bitirib. Bu gün onun işləri dünyada geniş miqyasda sərgilənir. Buna misal kimi 56-cı Venesiya biennalında Azərbaycan pavilyonundakı "Vita Vitale" sərgisini, Romanın MAXXİ muzeyində və 55-ci Venesiya biennalında təqdim olunan "Love Me, Love Me Not" sərgisini göstərmək olar. Rəssamın fərdi sərgiləri 2013-cü ildən etibarən Sürixdəki "Barbarian Art Gallery"də, 2015-ci ildə Nyu-Yorkdakı "Leila Heller Gallery"də və Bakıdakı Müasir İncəsənət Mərkəzində təqdim olunub. Aida Mahmudova 2011-ci ildə qurulan YARAT müasir incəsənət məkanının yaradıcısı və bədii rəhbəridir. YARAT-ın fəaliyyəti müasir Azərbaycan incəsənətinin qurulmasına, dünya ölkələrində təbliğ olunmasına hesablanıb.
Aida Mahmudovanın 13 avqusta qədər davam edəcək "Umwelt" sərgisi 13 avqusta qədər davam edəcək, sərgiyə giriş sərbəstdir.
Mədəniyyəti, maarifi, təhsil və elmi təbliğ edən ANN.Az portalı paytaxımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur, bu dəfə oxucularımıza Aida Mahmudovanın "Umwelt" fərdi sərgisindən fotoları təqdim edirik.
Xoş seyrlər:
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !