• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb

Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb
11.12.2019 22:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesi, ev 10A, döngə 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliağa Rüstəm oğlu Məmmədova məxsus un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

AQTA-dan APA-ya verilən məlumata görə, müəssisənin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Sexin bir neçə sahəsi istehsal müəssisəsi üçün əlverişli olmayan materiallardan təşkil olunan arakəsmələr vasitəsi ilə bölünüb. Müəssisədə istifadə edilən alət və ləvazimatların, sobanın, işçi masaların, listlərin, qabların və çörək yığılan rəflərin istismar müddəti keçdiyi və onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib. Müəssisədə istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı aşkarlanıb.

Yoxlama zamanı işçilərin sanitar geyimlərlə təmin olunmadığı, havalandırma sisteminin istismara yararsız olduğu müəyyən edilib.

Eyni zamanda işçilərin dövri tibbi müayinədən keçmələri barədə məlumatlar və xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər yoxlamaya təqdim edilməyib.

Müəyyən olunub ki, müəssisədə qablaşdırılan hazır məhsulların markalanmasında tələblərə düzgün əməl olunmur. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Cəmiyyət 17:14
Azərbaycan–ABŞ ticarət dövriyyəsi 6 ayda 60% artdı
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
Cəmiyyət 16:50
Azərbaycan məhsulları ilk dəfə Alibaba-da ilk üçlükdə qərarlaşıb
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Cəmiyyət 15:53
"Qarabağ”ın oyunundan əvvəl azərkeşlər üçün əyləncə keçiriləcək
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Cəmiyyət 15:24
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Cəmiyyət 14:44
Xocavənddəki yanğınlaraaviasiya qüvvələri cəlb olunub
Eldar Əzizov müşavirə keçirib
Cəmiyyət 14:22
Eldar Əzizov müşavirə keçirib
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Cəmiyyət 13:25
Ötən il övladlığa götürülən uşaqların sayı məlum olub
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Cəmiyyət 13:03
Azərbaycanda nə qədər xarici tələbə təhsil alır?
Sabah yağış gözlənilir - Hava proqnozu
Cəmiyyət 12:14
Sabah yağış gözlənilir - Hava proqnozu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol