Oxu.Az-ın məlumatına görə, Ağa Nemətulla küçəsində "Hyundai” markalı 90 AV 316 dövlət nömrə nişanlı avtomobil dörd piyadanı vurub, daha sonra "BMW” markalı 10 MO 201 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.
Hadisə nəticəsində ikisi qadın , ikisi kişi olmaqla dörd nəfər piyada ağır xəsarətlər alıb. Onlar təcili olaraq 5 nömrəli xəstəxanaya çatdırılıblar.
Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alan oğlanlardan biri ərazidə fəaliyyət göstərən marketlərdə çalışırmış. Onun lal olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !