Bu gün Bakıda Formula 2 üzrə əsas yarışa start verilib.
Pilotlar Bakı şəhər halqasında 21 dövrə vuracaqlar.
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən yarışda əvvəlcə pilotlar sərbəst yürüşdə güclərini sınayıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə "Hitech Grand Prix” komandasının pilotu Jüri Vips bütün rəqiblərini qabaqlayıb. İlk üçlüyü "Carlin” komandasının üzvü Liam Louson və "Hitech Grand Prix” komandasının pilotu Markus Armstronq tamamlayıblar. Estoniyalı pilot Y.Vips sıralanma turunda da birinci olub. Sıralanma turunda "Carlin” komandasının üzvü Liam Louson ikinci, "Prema Racing”in pilotu Dennis Hauqer üçüncü yeri tutublar. "ART Grand Prix" komandasının pilotu Frederik Vesti sprint yürüşündə fərqlənib. "Prema Racing”in üzvü Cehan Daruvala yarışı ikinci, Liam Louson ("Carlin”) isə üçüncü sırada tamamlayıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !