Yasamalda ağacların kəsilməsi ilə bağlı məsələ nəzarətə götürüldü

17:12 | 30.06.2024
Yasamalda ağacların kəsilməsi ilə bağlı məsələ nəzarətə götürüldü

Yasamalda ağacların kəsilməsi ilə bağlı məsələ nəzarətə götürüldü

Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, faktla bağlı akt tərtib olunub.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM