Bakıda həkim iş yerində ürəyindən bıçaqlandı

10:45 | 06.07.2017
Bakıda həkim iş yerində ürəyindən bıçaqlandı

Bakıda həkim iş yerində ürəyindən bıçaqlandı

Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsindən Report-a verilən məlumata görə, hadisə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Sabunçu rayon 14 saylı köməkçi yardım stansiyasında qeydə alınıb.

Həmin "təcili yardım” stansiyasında xəstə baxıcısı işləyən qadının birinci həyat yoldaşı, 1979-cu il təvəllüdlü Hüseynov Abbas Seyid oğlu sərxoş vəziyyətdə və əlində bıçaq xəstəxanaya gələrək keçmiş arvadını öldürmək istəyib. Bu zaman stansiyanın həkimi, 1953-cü il təvəllüdlü Yusifov Əflatun araya girərək kişinin bu əməlinin qarşısını almağa çalışıb. Lakin qarşı tərəf sakitləşməyərək qadının əvəzinə həkimi ürək nahiyəsindən bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilərək əməliyyat otağına aparılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb