(Yazıya qara hərflərlə yeni məlumat əlavə olunub)
Bakının 71 saylı orta məktəbində 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Bu barədə report məlumat verib.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb.
Anews.az hadisənin bəzi detalları barəsində məlumat əldə edib.
Belə ki, hadisə oktyabrın 2-də məktəbdənkənar ərazidə baş verib.
Hadisəni törədən şəxs 71 saylı məktəbin IX sinifdən sonra təhsilini davam etdirməyib.
Hadisə ilə bağlı prokurorluqda müvafiq araşdırma aparılır.
Bizi sosial şəbəkələrdə izləyin !