Bakıda nəhəng piyada körpüsü inşa edilir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirilib.
"Bu mərhələdə Təzəpir məscidi qarşısında sahəsi 11.631 kv. metr olan, 338 avtomobil üçün yeraltı dayanacaq, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən, uzunluğu 112 və eni 52 metr olan piyada körpüsü, 11.650 kv. metr - Park, həmçinin, 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub.
Hal-hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !