Bakıda orta aylıq nominal əmək haqqı 8% artıb

16:33 | 27.05.2024
Bakıda orta aylıq nominal əmək haqqı 8% artıb

Bakıda orta aylıq nominal əmək haqqı 8% artıb

2024-cü ilin 1 aprel tarixinə Bakıda işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 1243,7 manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin hesbatında qeyd olunub. 
 
Eyni zamanda Bakıda muzdlu işçilərin sayı 954 min 365 nəfər olub ki, bu da ötən illə müqayisədə 49 min 358 nəfər çoxdur. 
 
Hesabat dövründə ən çox Nəsimi rayonunda muzdlu işçi sayı olub ki, o da 218 min 922 nəfər təşkil edib. Bununla yanaşı orta aylıq əməkhaqqı 2 251,5 manatla Pirallahıda qeydə alınıb.

2024-cü ilin birinci rübündə ölkədə orta aylıq əməkhaqqı 985,3 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% çoxdur. 
 
2023-cü il muzdla işləyənlərin orta aylıq əməkhaqqı məbləği 933,8 manat olub. 
 
2024-cü il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5250,9 min nəfərdir. Onlardan 4964,1 min nəfərini məşğul əhali təşkil edib.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.
 
Aygün
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM