Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə bu ilin iyun ayından paytaxtın Fəvvarələr meydanının yaxınlığında (Nizami küçəsi 73) açıq havada rəssamların əsərlərindən ibarət satış-sərgi fəaliyyət göstərir.
ANN.Az xəbər verir ki, bu barədə trend-ə nazirliyin mətbuat xidmətində bildiriblər.
Bir vaxtlar "pasaj” kimi tanınan bu məkan nəinki bakılıların, eləcə də xarici qonaqların çox sevdiyi yer olub. Bu ərazidə ilin bütün fəsillərində suvenirlər, bəzək əşyaları, rəsm əsərləri, müxtəlif dillərdə kitablar satılırdı. Köhnə yaxşı ənənənin bərpa edilməsi hər zaman xoş ovqat yaradır.
Qurulmuş stendlərdə müxtəlif rəssamların əsərləri yer alıb. Burada köhnə Bakının rəsmləri ilə yanaşı, portret janrında çəkilmiş əsərlər də gözə dəyir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !