Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !