Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 15 km məsafəni əhatə edən veloyürüş Dəniz Mall ticarət mərkəzi-Bakı Su İdman Sarayı-Dəniz Mall ticarət mərkəzi marşrutu üzrə keçiriləcək.
Qeyd edək ki, dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək məqsədilə sentyabr ayının 22-də "Ümumdünya avtomobilsiz günü” keçirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !