Bakıda vəzifəli şəxs bu hərəkətinə görə işdən qovuldu

11:13 | 10.04.2020
Bakıda vəzifəli şəxs bu hərəkətinə görə işdən qovuldu

Bakıda vəzifəli şəxs bu hərəkətinə görə işdən qovuldu

Dünən Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.
 
BakuPost-a daxil olan məlumata görə, hadisəni törədən Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb. Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.
 
Qeyd edək ki, polis tərəfindən saxlanılan R.Şükürov rəsmi xəbərlərdə iş adamı kimi təqdim olunurdu. Bildirilirdi ki, o "tikinti kralı” kimi tanınan Əvəz Şükürovun oğludur, özü də çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb