Bu gün Bakının Qaradağ, Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi məlumat verib.
"İyulun 4-də saat 10:00-dan etibarən paytaxtın Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərinin kipliyə sınaq olunması, Nəsimi rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, həmçinin saat 09:30-dan Xətai rayonunda qaz xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır", - məlumatda bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !