• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib

Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
05.10.2026 20:35

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib.

Tərəflər 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən zirvə görüşündən sonra ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq istiqamətində inkişafında əldə olunan irəliləyişləri qeyd ediblər.

Görüşdə Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasında müəyyənləşdirilən prioritet istiqamətlər üzrə yaradılan işçi qruplarının fəaliyyətinin ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, 2026-cı ildə enerji, investisiya, rəqəmsal texnologiyalar və ticarət sahələrində əldə olunan nəticələr, o cümlədən Bakı Enerji Həftəsi və II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan sənədlər müzakirə olunub.

Bayramov Azərbaycanın sülh gündəliyinin irəlilədilməsi, etimad quruculuğu və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar barədə Rubioya məlumat verib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol