Mayın 19-da Azadlıq prospektində yerləşən 16 mərtəbəli binada baş verən yanğından sonra ölkədə bir penoplast təşvişi yaşanır. Elə dünən dövlət başçısı İlham Əliyevin yanında keçirilən iclasda da bu məsələ bir daha müzakirə olundu və yaranmış vəziyyətdən çıxış yollqarı axtarıldı. İslacda dövlət məmurlarının verdiyi məlumatdan da aydın oldu ki, ölkədə 263 bina penoplast adlı materialla üzlüklənib. Deməli, əhalinin 263 dəfə bu cür həyəcan, təşviş yaşamağa əsası var.
15 nəfərin ölümü, 60-dan çox adamın yaralanması ilə nəticələnən hadisənin, bütün xalqın bir daha belə faciə ilə qarşılaşmaması üçün media mənsublarının üzərinə də müəyyən vəzifələr düşür: mövzunun aktuallığını itirməmək və gündəmdə saxlamağı bacarmaq.
ANN.Az xəbər portalının fotomüxbiri Bakının müxtəlif ərazilərində - Həsənoğlu 2 küçəsində, Heydər Əliyev, Təbriz, Ziya Bünyadov prospektlərində, eləcə də Ayna Sulytanova heykəlinin ətrafında olub. Adları qeyd olunan ərazilərdəki binaları müşahidə edib və penoplastla üzlüklənmiş bina sakinləri ilə söhbətləşib. Sakinlər belə bir faciəyə görə dərin kədər hissi keçirdiklərini, özlərini də belə bir faciə gözlədiklərini dilə gətirib və tezliklə bina üzlüklərinin sökülməsini tələb ediblər.
Həmin fotoları oxuculara təqdim edirik.
Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !