Bakılı erməni tibb bacısı: “Heydər Əliyevə də, Vəzirova da , Elçibəyə də qulluq eləmişəm...”

15:26 | 02.01.2015
Bakılı erməni tibb bacısı: “Heydər Əliyevə də, Vəzirova da , Elçibəyə də qulluq eləmişəm...”

Bakılı erməni tibb bacısı: “Heydər Əliyevə də, Vəzirova da , Elçibəyə də qulluq eləmişəm...”

Varvara Arutyunovanın 75 yaşı var. 1989-cu ildə Azərbaycandan Ermənistana köçüb. 4 il yarımdır ki, İrəvanda qocalar evində yaşayır. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, o və əri Bakıda doğulublar.

Varvara Arutyunova ixtisasca feldşerdir. Gənclik illərində hökumət xəstəxanasında işləyib. Bir sıra Azərbaycan rəsmiləri və məmurları ilə təmasda olduğunu söyləyir. "Mən Bakıda hökumət xəstəxanasında böyük tibb bacısı işləyirdim. Mənim pasiyentlərim sırasında Heydər Əliyev, Əbdürrəhman Vəzirov, Əbülfəz Elçibəy də olub. Rəhbərim isə tanınmış kardioloq Yevgeni Çazov idi” – deyir keçmiş tibb bacısı.

Arutyunovanın əri isə Bakıda dərzi işləyib. Məlum hadisələrdən sonra cütlük Ermənistana, sonra Rusiyaya, oradan isə İsrailə - qızlarının yanına gedib. Daha sonra böyük qızlarının ağır xəstələnməsi səbəbindən Ermənistana qayıdıblar. Lakin burada kürəkəni ilə pis münasibətləri və ərinin ölməsi səbəbindən qocalar evinə sığınıb.
 
ANN.Az



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM