Bakının mərkəzi küçələrindən biri on günlük bağlandı

10:10 | 27.05.2014
Bakının mərkəzi küçələrindən biri on günlük bağlandı

Bakının mərkəzi küçələrindən biri on günlük bağlandı

Bu gün Bakının Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissə artıq bağlanıb.Hazırda ərazidə kommunikasiya xətlərinin qazılmış xəndəklərində kipləşdirmə işləri aparılır. Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, həmçinin kommunikasiya quyularının dəmir-beton piltələri dəyişdirilir: “Bundan sonra isə frezlənmə üsulu ilə köhnə asfalt-beton örtüyü qaşınacaq və yeni  asfalt-beton örtüyü salınacaq”. Qeyd edək ki, bütün bu işlər 10 gün davam edəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür