Bakının sonuncu elektrik qatarı da ləğv edilir

14:46 | 24.06.2014
Bakının sonuncu elektrik qatarı da ləğv edilir

Bakının sonuncu elektrik qatarı da ləğv edilir

Pirallahı elektrik qatarı metroya qurban verilir.
 
Axar.az-ın əldə etdiyi məlumata görə, Dəmiryolu vağzalından Pirallahıya işləyən elektrik qatarları daha olmayacaq.
 
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dəmiryolu xətlərinin ləğvi planlaşdırılıb. Ərazidə metrostansiya tikintisi nəzərdə tutulub. Bu plana əsasən dəmiryol reysləri sıradan çıxarılacaq və Pirallahıya gedən elektrik qatarları da ləğv olunacaq.  
 
Bakıxanov qəsəbəsi sakinlərinin sözlərinə görə, metro tikintisinə bu ərazidə ciddi ehtiyac var. Elektrik qatarlarına tələbat isə demək olar ki, yoxdur.
 
Xatırladaq ki, elektrik dəmir yolu nəqliyyatı sahəsində Bakının bütün keçmiş SSRİ-də öncül mövqeyə malik olduğu hamıya məlumdur. Hələ 1926-cı ildə 13 kilometrlik Bakı-Sabunçu elektrik dəmir yolu xətti fəaliyyətə başlayanda, Bakının Sabunçu vağzalı işə salınanda nə Moskva, nə də Leninqrad bu nəqliyyat vasitəsinə hələ qovuşmamışdı.
 
1936-39-cu illərdə Sabunçu-Maştağa-Buzovna xətti tikilib. 1950-ci ildə isə Suraxanı-Qala-Buzovna dəmir yolu təhvil verilib. 1959-cu ildə isə həm keçmiş Artyomdakı neftçilərin, həm də Zirə, Dübəndi və s. yerlərin sakinlərinin, bağ sahiblərinin karına gələn 30 kilometrlik Qala-Pirallahı dəmir yolu fəaliyyətə başlayıb. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür