Növbəti Avropa Oyunlarının məşəli Bakıda yandırılacaq
![Növbəti Avropa Oyunlarının məşəli Bakıda yandırılacaq Növbəti Avropa Oyunlarının məşəli Bakıda yandırılacaq](https://anews.az/photo/850x500/2015-06/1435488367_image.jpg)
AOK prezidenti bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ilk qitə miqyaslı Oyunların təşkilatçısı olan Azərbaycan bundan sonrakı yarışlarının da rəmzi start nöqtəsi olacaq.
Belə ki, I Avropa Oyunlarında olduğu kimi, hər 4 ildən bir təşkil olunacaq yarışların məşəli Bakıda yandırılacaq. Atəşgah məbədində alovlandırılacaq məşəl təşkilatçı ölkəyə Bakıdan aparılacaq.
P.Hikki söyləyib ki, artıq bu barədə qərar da verilib: "Avropa Olimpiya Komitəsi də bununla bağlı qərar verdi. Bu amil özünü doğruldur. Məşəlin burdan götürülməsi gözəl olardı”.
Qeyd edək ki, Olimpiya Oyunlarının məşəli də daim eyni ölkədə - Yunanıstandakı Olimp dağında alovlandırılır.
www.ann.az
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)