Baku Fires” boks komandası Polşanın "Hussars Poland" komandasını məğlub edib

13:00 | 09.02.2014
Baku Fires” boks komandası Polşanın "Hussars Poland" komandasını məğlub edib

Baku Fires” boks komandası Polşanın "Hussars Poland" komandasını məğlub edib

Azərbaycanın "Baku Fires" boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında 4-cü ev qarşılaşmasında inamlı qələbə qazanıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız  Polşanın "Hussars Poland" kollektivini  5-0 hesabı ilə məğlub edib.

 

Qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü  Murad Rabadanov (52 kq) "Hussars Poland"ın  boksçusu Marius Koça qalib gəlib. 60 kq çəkidə təmsilçimiz Məhəmmədrəşid Cəbrayılov Mateuş Polski ilə gərgin keçən döyüşdə rəqibini üstələməyi bacarıb. Üçüncü  döyüş Kamil Əhmədov (69 kq)  və İreneuş Zakrjevski arasına keçirilib. Bu döyüşdə də "Baku Fires" təmsilçisi rinqdən qalib ayrılıb.

 

81 kq çəkidə yarışan boksçumuz Avropa çempionu Teymur Məmmədovun  rəqibi isə Pyotr Podluçki olub. Boksçumuz rəqibinə heç bir şans verməyərək qalib gəlib. Super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Arslanbek Mahmudov isə polşalı  Arkadiuş Toboreki nokautla məğlub edərək komandamızın 5-0 hesablı qələbəsini rəsmiləşdirib.  

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti