"Azərbaycanda kredit faizləri niyə artıb? - SİYAHI

16:10 | 23.05.2023

"Azərbaycanda kredit faizləri niyə artıb? - SİYAHI

Hazırda ölkədə kreditlər, xüsusilə istehlak kreditləri 20 faizdən yuxarı təklif olunur ki, bu da vətəndaşlar üçün heç də əlverişli sayılmır.
 
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb.

Ekspert Əkrəm Həsənovun sözlərinə görə, faizlərin qalxması Mərkəzi Bankın uçot dərəcələrini qaldırması ilə bağlıdır. 
 
"Mərkəzi Bank son vaxtlar uçot dərəcələrini artırır. Bu uçot dərəcələri Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcələridir. Əgər banklar Mərkəzi Bankdan krediti daha baha götürübsə, deməli bu banklarda öz növnəsində krediti baha verirlər. Mərkəzi Bank bu ilin əvvəlində banklar üçün məcburi ehtiyyat normasını da 4 faizdən 5 faizə qaldırdı. Məcburi ehtiyyat norması bankların əmanətçi və digər müştərilərdən bank hesablarına cəlb etdiyi vəsaitin müəyyən hissəsinin Mərkəzi Bankda məcburi saxlanılmasıdır. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir. Banklar müştərilərdən pulu kredit vermək üçün toplayır. O pulun bir hissəsini Mərkəzi Bank məcburi saxlayır və ona görə banka faiz vermir. Buna görə də o pul banka qazanc gətirmir və bu bank üçün itkidir. Buna görə də, banklar özləri verdiyi kreditin faizini artırır. Mərkəzi bankın bunu etməsinin səbəbi qiymət artımı, yəni infulyasiya ilə mübarizə aparmasıdır. Yəni Mərkəzi Bank çalışır ki, ölkədə kredit bahalaşsın və iqtisadi aktivlik azalsın. Bununlada qiymət artımının qarşısı alınsın. Təbii ki,  kreditin bahalaşması nə əhalini, nə də sahibkarları razı sala bilməz", - ekspert bildirib. 
 
Ekspressbank müştərilərinə  minimal illik faiz dərəcəsi 11.5% olmaqla, maksimal müddəti 60 ayadək olan istehlak krediti təklif edir. Həmçinin bank illik faiz dərəcəsi 12%, maksimal müddəti 60 ayadək olan 5 000 000 manatadək sahibkar krediti də verir.

Unibankda illik faiz dərəcəsi 16% olan istehlak krediti mövcuddur.Müştərilər maksimal müddəti 60 ay olmaqla 30 000 manatadək kredit götürə bilərlər. Həmçinin bank illik faiz dərəcəsi 5%-dən başlayan 50 000 manatadək sahibkar krediti təklif edir. Bu kreditin maksimal müddəti 48 aydır.

Bank of Baku maksimal müddəti 59 ay olan  və illik faiz dərəcəsi 11.5%-dən başlayan istehlak krediti təklif edir. Maksimal götürülə biləcək məbləğ 50 000 manatdır.
 
Turan Bank sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə illik faiz dərəcəsi 16 faizdən başlayan kredit təklif edir. Bu kreditin maksimum müddəti 36 aydır. Həmçinin bank illik faiz dərəcəsi 12.5 faizdən başlayan 30 000 manatadək istehlak krediti verir. Bu kreditin maksimal müddəti 48 aydır.
 
Bank BTB illik faiz dərəcəsi 18%-dən başlayan istehlak krediti təklif edir. Bu kreditin maksimal məbləği 30 000 manat, müddəti isə 48 aya kimidir. Bankda kiçik və orta sahibkarlığın inkişafı nəzərdə tutulmuş, illik faiz dərəcəsi 16%-dən başlayan sahibkarlıq krediti mövcuddur. Bu kreditin miqdarı 1 000 0000 manat, maksimal müddəti isə 26 ay təşkil edir.
 
Capital Bank sahibkarlar üçün illik faiz dərəcəsi 16%-dən başlayan 100 000 manatadək kredit təklif edir. Bu kreditin müddəti 36 ayadəkdir. Eyni zamanda bank illik faiz dərəcəsi 13%-dən başlayan 30 000 manatadək istehlak krediti təklif edir. Bu kreditin maksimal müddəti isə 36 aydır.
 
Eltac Nurullazadə

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb