• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

“Bank of Baku”-nun 555 müştərisi mükafatlandırılıb! - FOTO

“Bank of Baku”-nun 555 müştərisi mükafatlandırılıb! - FOTO
29.11.2013 14:20

27 noyabr 2013-cü il tarixində “Bank of Baku” daimi kredit müştəriləri olan “Dostlar klubu” üzvləri üçün “Dəyərli dostlara dəyərli hədiyyə” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı keçirilib. Lotereyaya bank nümayəndələri, “Dostlar klubu” üzvləri, münsiflər heyəti və media nümayəndələri qatılıblar. Lotereyada iştirak hüququ əldə etmiş hər müştəriyə altı rəqəmdən ibarət eyniləşdirmə kodu müəyyən edilib və bu kod müştərinin bankda qeydiyyatda olan mobil nömrəsinə SMS vasitəsi ilə göndərilib. Tirajda iştirak hüququ əldə etmiş müştərilərin eyniləşdirmə kodu elektron bazadan xüsusi proqram vasitəsilə təsadüfi seçim əsasında seçilib.

İlk tiraj zamanı aşağıdakı uduş fondu oynanılıb:

500 qalib üçün 100 manat dəyərində , 

50 qalibə 500 manat dəyərində 

5 qalibə isə 1000 manat dəyərində “Dostlar Klubu”-nun bonusu.

Müştərilərin qazandıqları bonuslar növbəti kredit alarkən komissiya haqqının ödənilməsinə və pulsuz mobil danışıq balansına cevirilə bilər. 

Hansı müştəri kodlarının uduşlu olduğunu bu keçiddən tanış olmaq mümkündür: 

http://www.bankofbaku.com/az/dostlar-klubu/dostlar-klubu-lottery.html 

İlk tirajın qaliblərinin mükafatları tələb irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günü ərzində onların “Dostlar Klubu” kartları üzrə müvafiq bonus hesablarına yatırılacaq.

14 dekabrda baş tutacaq ikinci tirajda isə 12500 manat həcmində kupon ve 121 ədəd süvenir-gümüş sikkə, 55 ədəd qızıl sikkə, 14 ədəd müxtəlif əyarlı brilliant daş, 500 həcmində mobil danışığa çevrilə bilən bonus və 20 illik komissiyasız kredit rəsmiləşdirmə hüququ oynanılacaq.

Hazırda “Bank of Baku”-nun 120000-ə yaxın müştərisi “Dostlar Klubu”-nun üzvdür.“Dostlar Klubu” – “Bank of Baku” ilə 12 ay və daha artıq müddətdə əməkdaşlıq edən və müsbət kredit tarixçəsinə malik olan müştərilər üçün imtiyazlar təqdim edən bank təsisatıdır.

Daha ətraflı: 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
İqtisadiyyat 10:29
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
İqtisadiyyat 17:02
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
İqtisadiyyat 15:29
Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlanıb
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
İqtisadiyyat 15:25
Doqquz ayda 1564 nəfər Azərbaycandan gedib
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
İqtisadiyyat 15:18
Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
Boşanan və evlənələrin sayı azalıb
İqtisadiyyat 15:09
Boşanan və evlənələrin sayı azalıb
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
İqtisadiyyat 13:06
Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
İqtisadiyyat 12:46
Azərbaycanda orta aylıq əməkhaqqı artıb
Xankəndidə mənzillər satışa çıxarılacaq
İqtisadiyyat 12:37
Xankəndidə mənzillər satışa çıxarılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol