• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Bank Respublika və EFSE sahibkarlığın dəstəklənməsi üçün irihəcmli kredit sazişi bağladı

Bank Respublika və EFSE sahibkarlığın dəstəklənməsi üçün irihəcmli kredit sazişi bağladı
09.12.2024 09:46
Bank Respublika EFSE-dən 21 milyon avro məbləğində kredit cəlb edib

Bakı, 09 dekabr 2024-cü il. Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) arasında kredit sazişi imzalanıb.

Razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Bank Respublika-ya 21 milyon avro məbləğində dörd il müddətinə kredit ayıracaq və vəsaitlər milli valyutada təqdim ediləcək.

Cəlb edilən vəsait mikro və kiçik biznesin maliyyələşdirilməsinə, xüsusən də regionlardakı sahibkarların dəstəklənməsinə yönəldiləcək. "Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaqdır.
"Bu saziş beynəlxalq maliyyə institutlarının həm "Bank Respublika”nın etibarlılığına, həm də ölkənin bank sisteminin dayanıqlılığına inamının növbəti mühüm göstəricisidir. Biz EFSE-dəki tərəfdaşlarımıza əməkdaşlığa görə təşəkkür edirik və əminik ki, cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”– deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

"Bank Respublika ilə birlikdə sahibkarlar üçün effektiv maliyyə həlləri təqdim etmək üçün əməkdaşlığımızı dərinləşdiririk. Azərbaycan manatında verilən bu yeni kredit, yerli valyutada maliyyələşmənin əhəmiyyətini vurğulayır və bizneslərin davamlı inkişaf etməsinə, eyni zamanda valyuta risklərindən qorunmasına imkan yaradır,” — deyə EFSE İdarə Heyətinin sədri Andrea Hagmann bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
İqtisadiyyat 15:37
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
"Azərbaycan Dəmir Yolları" 11 ayda 350 blok-qatar qəbul edib
İqtisadiyyat 13:00
"Azərbaycan Dəmir Yolları" 11 ayda 350 blok-qatar qəbul edib
Qızıl bahalaşıb
İqtisadiyyat 10:06
Qızıl bahalaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:05
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
İqtisadiyyat 14:30
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb
İqtisadiyyat 12:24
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb

İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
İqtisadiyyat 11:54
İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
İqtisadiyyat 11:42
Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol