• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana turist axını 2 % azalıb

Azərbaycana turist axını 2 % azalıb
23.01.2026 13:25

2025-ci ildə Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 23,9 %-i Rusiya, 17,7 %-i Türkiyə, 8,1 %-i İran, 6,5 %-i Hindistan, 4,3 %-i Gürcüstan, 4,1 %-i Səudiyyə Ərəbistanı, 4 %-i Qazaxıstan, 3,5 %-i Pakistan, 2,7 %-i İsrail, 2,5 %-i Çin, 2,4 %-i Özbəkistan, 1,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər biri 1 % olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 %-i digər ölkələrin vətəndaşları olub, 67 %-ini kişilər, 33 %-ini qadınlar təşkil edib.

İl ərzində İsraildən gələnlərin sayı 2,4 dəfə, Tacikistandan - 1,6 dəfə, İordaniyadan - 49,9 %, Çindən - 41,7 %, Özbəkistandan - 34,3 %, Qırğızıstandan - 33,7 %, Niderlanddan - 27,5 %, Yaponiyadan - 25,8 %, Qazaxıstandan - 20,1 %, İtaliyadan - 13,7 %, Pakistandan - 12,5 %, Almaniyadan - 11,1 % artıb.

O cümlədən Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 % artaraq 120,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,4 % azalaraq 414,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 8,2 % azalaraq 865,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 2 % artaraq 1 milyon 169,6 min nəfər təşkil edib.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,8 %-i hava, 22,9 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol