• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Banqladeşdəki qaçqın düşərgəsində 12 mindən çox insan evsiz qalıb

Banqladeşdəki qaçqın düşərgəsində 12 mindən çox insan evsiz qalıb
06.03.2023 10:34
Banqladeşin cənub-şərqindəki Koks-Bazardakı qaçqın düşərgəsində baş verən yanğın nəticəsində 12 mindən çox insan evlərini itirib. Bu barədə bazar ertəsi  BBC məlumat yayıb.

Banqladeşin Köçkünlər üzrə komissarı Mijanur Rəhmanın sözlərinə görə təxminən 2000 daxma yanıb.
 
"Myanmadan gələn təxminən 12.000 qaçqın evsiz qalıb. Ən azı 35 məscid və qaçqınlar üçün 21 təlim mərkəzi yanğın nəticəsində məhv edilib" , - Mijanur söyləyib.


Banqladeş Müdafiə Nazirliyinin fevralında açıqladığı hesabata görə, 2021-ci ilin yanvarından 2022-ci ilin dekabrına qədər Rohingya qaçqın düşərgələrində 222 yanğın baş verib. 2021-ci ilin mart ayında kütləvi yanğın nəticəsində ən azı 15 nəfər ölüb, 50 minə yaxın insan evini itirib.


Koks Bazardakı qaçqın düşərgəsi dünyanın ən böyük düşərgəsi hesab olunur. Burada Myanmadan gələn 900 minə yaxın Rohinca qaçqını yaşayır.
Rohincalar Myanmada İslam dininə etiqad edən etnik-dini azlıqdır. Ölkə hakimiyyəti bu millətin nümayəndələrini Banqladeşdən olan qeyri-qanuni miqrantlar hesab edir və onların vətəndaşlıq hüquqlarını tanımır. Rohincalar əsasən Banqladeşlə həmsərhəd olan Rakhine əyalətində yaşayırlar və burada dəfələrlə yerli buddistlərlə alovlanıblar. Bu səbəbdən bir çox Rohingya Myanmadan Banqladeşə qaçdı.

Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Cəmiyyət 21:04
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Qəzzaya humanitar yardım edilib
Cəmiyyət 15:59
Qəzzaya humanitar yardım edilib
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Cəmiyyət 17:11
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
Cəmiyyət 15:29
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
Cəmiyyət 15:47
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
BƏƏ Durovun həbsi səbəbindən  Fransa ilə razılaşmanı pozub
Cəmiyyət 16:48
BƏƏ Durovun həbsi səbəbindən Fransa ilə razılaşmanı pozub
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Cəmiyyət 17:15
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Gürcüstanda partiya Putinə müraciət edib
Cəmiyyət 13:51
Gürcüstanda partiya Putinə müraciət edib
Sərhədin demarkasiya olunmuş hissəsində təhlükəsizlik təmin olunacaq - Nikol Paşinyan
Cəmiyyət 13:50
Sərhədin demarkasiya olunmuş hissəsində təhlükəsizlik təmin olunacaq - Nikol Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol