“Barselona” Messiyə ildə 20 milyondan çox ödəyə bilər

22:34 | 31.01.2014
“Barselona” Messiyə ildə 20 milyondan çox ödəyə bilər

“Barselona” Messiyə ildə 20 milyondan çox ödəyə bilər

“Barselona” rəhbərliyi hücumçusu Lionel Messi ilə yeni müqavilə üzərində işi davam etdirir. Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun yeni prezidenti Xosep Mariya Bartomeu argentinalı futbolçu ilə aralarında yaranmış maddi məsələlərlə bağlı problemi Çempionlar Liqasının  1/8 finalında “Mançester Siti” ilə baş tutacaq matça qədər həll etmək istəyir.Mənbə bildirib ki, Kataloniya təmsilçisinin Messi ildə 20 milypn avrodan çox ödəyəcəyi istisna olunmur. Bununla əlaqədar Bartomeunun yaxın günlərdə Lionel Messinin atası və şəxsi agenti olan Xorxe Messi ilə görüşü gözlənilir.Xatırladaq ki, bir neçə gün əvvəl “Barsa” prezidenti bildirib ki, Messi dünyanın ən çox gəlir əldə edən futbolçusu olmalıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti