"Mən Toniyə yaxınlaşdım və bizimlə içməyi təklif etdim”.
Avstraliyanın hökumət başçısı Toni Ebbott bir bokal pivəni (təxminən 0,57 litr) yeddi saniyəyə içə bilib. Bu barədə "The Australian Women’s Weekly” məlumat yayıb.
Oxu.Az xəbər verir ki, siyasətçinin pivə içən yerdə videosu paylaşılandan sonra iki gün ərzində Facebook-da 100 min baxış toplayıb.
Aprelin 18-də baş nzir Sidneydə barlardan birində istirahət edib. Həmin barda UTS Bats reqbi klubunun idmançıları qələbəni qeyd edirdilər.
Siyasətçini görən komandanın məşqçisi Saymon Kerrodus Ebbottu oyunçularla birgə pivə içməyə dəvət edib.
"Mən Toniyə yaxınlaşdım və bizimlə içməyi təklif etdim”, - Kerrodus deyib.
Bundan sonra baş nazir oyunçular qarşısında çıxış edib və bir bokal pivə içib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !