Oğul Qəddafinin işgəncə görüntüləri yayıldı - VİDEO

16:52 | 05.08.2015
Oğul Qəddafinin işgəncə görüntüləri yayıldı - VİDEO

Oğul Qəddafinin işgəncə görüntüləri yayıldı - VİDEO

Liviyanın keçmiş lideri Muammar Qəddafinin oğlu, vaxtilə Futbol Federasiyasının prezidenti olmuş Sədi Qəddafinin işgəncələrə məruz qaldığı görüntülər internetə yerləşdirilib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, "El-Habda" həbsxanasında saxlanılarkən çəkildiyi təxmin edilə 9 dəqiqəlik videoda 42 yaşlı oğul Qəddafi bir neçə şəxs tərəfindən döyülür, təhqir edilir. Ona ""harana vuraq? Ayaqlarınamı, yanınamı?" sualı verilir və qorxmuş Sədi Qəddafi "Ayaqlarıma" cavabını verir.

Futbolçu olan Qəddafi 2011-ci ildə Liviyadan qaçıb, 2014-cü ildə Nigeriyada yaxalanaraq ölkəsinə təslim edilmişdi. 

Qəddafinin digər oğlu Seyfülislam digər 8 yüksək səlahiyyətli şəxslərdən olan adamlarla birgə edam cəzasına məhkum olunub.

İnsan Haqları Müdafiə Təşkilatı video-görüntülər yayımlandıqdan sonra Liviya hökumətinə araşdırma aparılması ilə bağlı müraciət edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb