120 ilin video arxivi "You Tube"a yerləşdirildi - VİDEOLAR

11:12 | 23.07.2015
120 ilin video arxivi

120 ilin video arxivi "You Tube"a yerləşdirildi - VİDEOLAR

1895-ci ildən indiyə qədər tarixi əhəmiyyət kəsb edən 1 milyon dəqiqədən çox davam edən 550 mindən çox digital video iki "You tube" kanalına yüklənilib. Bu layihəni "Associated Press" və "British Movietone" həyata keçirib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, "Associated Press" bu görüntülərin internetə yüklədilməsində məqsəd ondan ensklopedik olaraq istənilən şəxsin istifadə etmək şansı qazanmasıdir və bu videolar "modern tarixin ən diqqətçəkən anlarına xüsusi baxış" kimi dəyərləndirilib.

Kolleksiyada dünya tarixində iz buraxmış hadisə və şəxslərə aid tarixi videolar yer alıb. Bu videoların arasında tanınmış komediya ustası Çarli Çaplin, italiyan diktatoru Mussolininin "sülh istəyi nitqi" yer alıb.

"Associated Press"in beynəlxalq arxiv direktoru Alwyn Lindsey mövzu ilə bağlı verdiyi açıqlamada bildirib ki, bu videolara baxış inanılmaz görüntü səyahəti imkanı yaradacaq.
 
 

 

 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM