Batmış şəhər Pompeylə bağlı Yeni Faktlar

18:51 | 08.01.2014
Batmış şəhər Pompeylə bağlı Yeni Faktlar

Batmış şəhər Pompeylə bağlı Yeni Faktlar

Vulkan lavaları altında qalaraq məhv olan antik Roma şəhəri Pompeylə bağlı yeni faktlar əldə olunub. Arxeoloqların yeni tapıntıları Pompey əhalisinin qidalanması ilə bağlıdır. 

ANN.Az-ın "Huffingtonpost"a istinadən verdiyi xəbərə görə, Popmpey şəhərinin mövcud olduğu bölgədə qazıntılar aparan arxeoloqlar yemək qalıqları aşkar ediblər. Məlum olub ki, Pompeyin varlı təbəqəsi çox ekzotik ərzaqlarla qidalanıblar, sıravi insanlar isə ucuz, ancaq keyfiyyətli qidalarla bəsləniblər. 

E.ə 79-cu ildə vulkan püskürməsi nəticəsində sakinləri ilə birlikdə məhv olan Pompey şəhərinin ərazisində araşdırmalar aparan tədqiqatçılar şəhər sakinlərinin nə ilə qidalandığını müəyyənləşdirməyə nail olublar. Tədqiqatın rəhbəri Kinsinatti Universitetinin klassika professoru Steven Ellis və komandası aşkar edib ki, pompeylilər əsasən Aralıq dənizi sahilinə xas qidalarla - mərci, zeytun, fındıq, həmçinin qurudulmuş ətlə qidalanıblar. Ancaq Pompey şəhərinin yüksək təbəqəsi ixrac olunmuş, olduqca ekzotik ərzaqlarla qidalanıblar. Bunlara misal kimi molyuskları, dəniz kirpisini və hətta zürafə ayağını göstərmək olar. 

"Bu, Roma İtaliyasında arxeoloji tədqiqatlar zamanı tapılan ilk zürafə sümüyüdür. Standart Pompey mətbəxinə daxil olan doğranmış heyvan əti təkcə uzun məsafəli vəhşi heyvan və ekzotik ticarətdən xəbər vermir, həmçinin zənginliyi, müxtəlifliyi göstərir", - professor Ellis açıqlamasında bildirib. 

Arxeoloq komandası, həmçinin, İndoneziya kimi ucqar bölgələrdən gətirilən ekzotik və idxal məhsullarının izlərini aşkar ediblər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti