• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Baxmaqdan doymayacağınız 8 alman filmi

Baxmaqdan doymayacağınız 8 alman filmi
15.10.2016 14:35
Sizə bir neçə dəfə müxtəlif ölkələrə aid film siyahıları təqdim etmişik. Bu siyahılar sayəsində siz maraqlı filmlər kəşf edə, ölkələrə xas fərqli mədəniyyətlərlə tanış ola bilirsiniz. Bu gün isə növbə Almaniyadadır. Sizə bir-birindən maraqlı 8 alman filmini təqdim edirik. Baxın və alman kinosunu kəşf edin:

Die Welle 



Faşizmin yoluxucu xəstəlik olduğunu bütün xırdalıqları ilə göstərən və sübut edən mükəmməl film. Sosial təcrübədən bəhs edən filmin rejissoru Dennis Ganseldir. 

Soul Kitchen



Türk əsilli rejissor Fatih Akının çəkdiyi komediya filmi. Ssenarisini Adam Bousdouko və Fatih Akının birlikdə yazdığı film sevgilisi Almaniyadan Şanxaya köçən Zinos adlı restoran sahibinin həyatı barədədir. 

Downfall



II Dünya Müharibəsinin sonuna doğru Adolf Hitlerin son günləri və Berlinin məğlubiyyətindən bəhs edən tarixi film. Filmin ssenarisi Joachim Fest adlı tarixçinin Inside Hitlers Bunker (Hitlerin Bunkeridə) kitabı və digər tarixi mənbələrdən istifadə edilərək yazılıb. Tarixə marağı olanların mütləq baxmalı olduğu bir filmdir. 

The Lives of Others



Alman kinometoqrafiyasının ən populyar filmlərindən biridir. Film Şərqi Almaniyanın təhlükəsizlik orqanı (Ştazi) əməkdaşları tərəfindən Şərqi Berlinin mədəni həyatı üzərində total nəzarətdən bəhs edir. Filmin rejissoru Florian Henkel fon Donnersmarkdur.

Good Bye Lenin!



Tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqındadır. Filmdə gənclər infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün Sovetin hələ də mövcud olduğunu imitasiya edirlər.

Das Experiment



Əslində siyahının başında yer alan Die Welle ilə bir-birinə bənzəyən Oliver Hirschbiegel filmi Stanford həbsxanasında baş tutan təcrübəni göstərən bir digər fərqli alman filmidir. 

Paris,Texas



Film Fransa və Qərbi Almaniyanın ortaq işidir, ancaq çəkilişlər ABŞ və İngilətərədə aparılıb. Rejissor Wim Wenders Amerikaya Avropalının gözü ilə baxır. Cannes da daxil olmaqla, bir çox önəmli mükafat alan bu filmi mütləq siyahınıza əlavə edin. 

Run Lola Run



Film kompüter oyunu əsasında qurulub. Burada əsas film qəhrəmanına bir neçə həyat (cəhdlər) verilir. Lakin kompüter oyunundan fərqli olaraq, burada nə baş qəhrəman, nə də tamaşaçılar əvvəlcədən bu barədə bilmir.//pahoo.az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vuruldu
Mədəniyyət 21:06
IX “Muğam” Televiziya Müsabiqəsinə Laçında yekun vuruldu
Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya"da iştirak etməyəcək
Mədəniyyət 13:53
Azərbaycan Rusiyada keçiriləcək "İnterviziya"da iştirak etməyəcək
“Eurovision-2026” Vyanada keçiriləcək
Mədəniyyət 11:08
“Eurovision-2026” Vyanada keçiriləcək
Britaniyalı aktyor Terens Stemp vəfat edib
Mədəniyyət 09:51
Britaniyalı aktyor Terens Stemp vəfat edib
"Təzə Pir" məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılaraq yenidən qurulacaq
Mədəniyyət 16:35
"Təzə Pir" məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılaraq yenidən qurulacaq
Xalq yazıçısı Elçin Əfəndiyev 82 yaşında vəfat edib
Mədəniyyət 13:32
Xalq yazıçısı Elçin Əfəndiyev 82 yaşında vəfat edib

Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edilib
Mədəniyyət 13:30
Fəxrəddin Manafov “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Mədəniyyət 12:50
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq
Mədəniyyət 11:36
Arif Babayevlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol