• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bayramda bazar od tutub yanır- Qiymətlər

Bayramda bazar od tutub yanır- Qiymətlər
29.07.2014 09:24
Bir ay boyunca tutulan orucdan sonra hamı gözəl bayram süfrəsilə Ramazanı qeyd etmək istəyir. 
ANN.Az-ın ans-ə istinadən məlumatına görə, istəklərlə maddi imkanların uyğun gəlib-gəlmədiyini bilmək üçün paytaxt bazarlarına üz tutduq. Bakının müxtəlif bazarlarında apardığımız müşahidələr zamanı məlum oldu ki, mövsümü meyvələrdə qiymət artımı hiss olunur.
Alıcının sözlərinə görə, bazar od-tutub yanır: “Göyəm 1 AZN, şaftalı 1 AZN 50 qəpiyə bahadır. Bahalıqdır bazara girmək olmur”. 
Üzüm, alma və armudun bir kiloqramının qiyməti 1 AZN-dən başlayır. Hazırda ən çox tələbat hiss olunan şaftalıda da bahadır. 
Bayram süfrəsinin bəzəyi olan plov bişirmək istəyənlər müəyyən mənada artıq pul xərcləməli olacaq. Kişmişin kilosunu 4-10 AZN, "qaysı"nı isə 4-6 AZN-ə almaq olar. Şabalıdın qiyməti isə 8-10 AZN arasında dəyişir. Ramazan ayının gəlişilə xurmaya tələbat artıb. Xurmanın növləri və qiymətləri, gətirildikləri ölkələr kimi müxtəlifdir. 2 AZN-dən 17 AZN-ə kimi. Hətta bir kiloqramı 20 AZN-ə də xurma tapmaq mümkündür.
Dəyişməz qalan isə ətin qiymətidir. Belə ki, mal əti 5-6 AZN arasında dəyişirsə, qoyun ətinin qiyməti 7 AZN-dən başlayır. Bununla yanaşı kartof, soğan, badımcan və lobyanın qiyməti sabit qalıb. Ramazandan əvvəl 1 AZN 50 qəpiyə satılan pomidor, hazırda 50 qəpiklə 1 AZN arasındadır. Xiyarın isə hətta 3 kiloqramını 1 AZN-ə almaq olar. 
Süni qiymət artımının qarşısının alınması işini isə İqtisadiyyat və Sənaye Nazirliyi nəzarətdə saxlayır. Nazirlik isə bəyan edir ki, qiymətləri süni artıranlar cəzalandırılacaq.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda bu borcları hökumət ödəyəcək - VİDEO
İqtisadiyyat 21:55
Azərbaycanda bu borcları hökumət ödəyəcək - VİDEO
Azərbaycanda bu şəxslərə yeni güzəştlər ediləcək - VİDEO
İqtisadiyyat 09:27
Azərbaycanda bu şəxslərə yeni güzəştlər ediləcək - VİDEO
Azərbaycanda bu şəxslərə ildə bir dəfə müalicə üçün müavinət ödənəcək - VİDEO
İqtisadiyyat 10:56
Azərbaycanda bu şəxslərə ildə bir dəfə müalicə üçün müavinət ödənəcək - VİDEO
Maaş və pensiyalar nə vaxt və nə qədər artacaq? - Deputat AÇIQLADI - VİDEO
İqtisadiyyat 09:12
Maaş və pensiyalar nə vaxt və nə qədər artacaq? - Deputat AÇIQLADI - VİDEO
İşləməyən, amma cərimələdən işıqfor – VİDEO
İqtisadiyyat 22:00
İşləməyən, amma cərimələdən işıqfor – VİDEO
Maliyyə Nazirliyi açıqlama yayıb - VİDEO
İqtisadiyyat 09:12
Maliyyə Nazirliyi açıqlama yayıb - VİDEO
Unibank filialı yeni konseptdə və yeni ünvanda - FOTO/VIDEO
İqtisadiyyat 16:40
Unibank filialı yeni konseptdə və yeni ünvanda - FOTO/VIDEO
İqtisadiyyat 09:15
"300 dolları istər bir dəfə, istər beş dəfə bəyan edə bilərlər" - VİDEO
Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
İqtisadiyyat 23:30
Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol