Bayramov Quranın yandırılmasını bir daha pislədi

14:45 | 31.07.2023
Bayramov Quranın yandırılmasını bir daha pislədi

Bayramov Quranın yandırılmasını bir daha pislədi

İsveç və Danimarkada Quranın yandırılması qəbuledilməzdir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. 
 
"Biz bunu qəbul etmirik və pisləyirik. Düşünürük ki, Quranın yandırılmsına icazə verən hər iki ölkə bu haqda konkret addımlar atmalıdır", - Bayramov iyulun 31-də Ankarada həmkarı Hakan Fidanla görüşündə deyib.  
 
 
Bundan əvvəl, Moskva xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova Danimarkada Quranın yandırılması aksiyasını pisləyib.  

Azərbaycan Xarici İşlər Nazirliyi də rəsmi tviter hesabında Quranın yandırılmasını pisləyən açıqlama yayıb.
 
İyulun 20-də İsveç polisi Quranın və İraq bayrağının yandırılması planlaşdırılan etiraz aksiyasına icazə verib. 
 
İsveçdə Quran nüsxələrinin yandırılmasına qəzəblənən etirazçılar İraqın paytaxtı Bağdadda İsveç səfirliyini yandırıblar.

Ötən ay müsəlmanların Qurban bayramının ilk günündə Stokholmdakı məscidin qarşısında bir nəfər Quranı yandırıb. Bu aksiyaya İsveç polisi icazə verib. Türkiyə bu hərəkəti pisləyərək onu "alçaq və anti-İslam" adlandırıb, Mərakeş isə öz səfirini İsveçdən geri çağırmaq qərarına  gəlib .

Daha sonra yüzlərlə iraqlı etiraz etmək üçün Bağdaddakı İsveç səfirliyi qarşısında  toplaşıb. Bir neçə onlarla insan səfirliyin həyətinə girməyə cəhd edib, lakin polisin gəlişindən sonra onlar missiya ərazisini tərk ediblər. İraq Xarici İşlər Nazirliyi Quranı yandıran şəxsin 37 yaşlı Salvan Momik adlı iraqlı qaçqın olduğunu bildirib və İsveçdən onu ekstradisiya etməyə çağırıb.
 
Gülnar



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM