Bakı Dövlət Universiteti tələbələrinin istehsalat təcrübəsi başlayıb.
Universitetin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, tələbələr təhsil aldıqları fakültələrin profilinə uyğun olan müəssisələrə göndəriliblər.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə tələbələrlə görüşərək, təcrübə prosesi ərzində uğurlu nəticələr göstərməyi tövsiyə edib və onlara uğurlar arzulayıb.
Sonra tələbələr prorektorların və fakültə dekanlarının rəhbərliyi altında təcrübə rəhbərləri ilə birlikdə avtobuslarla universitetin Qubada yerləşən Tədris, təcrübə və istirahət mərkəzinə yola salınıblar.
Qeyd edək ki, təcrübə fakültələr üzrə mərhələli şəkildə davam etdiriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !