Belarus ŞƏT-ə qəbul edildi

10:23 | 04.07.2024
Belarus ŞƏT-ə qəbul edildi

Belarus ŞƏT-ə qəbul edildi

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçirilən sammiti Belarusun assosiasiyaya qəbulu ilə bağlı sənədlərin imzalanması ilə başlayıb.

Sammitin əvvəlində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev sənədlərin imzalanmasını təklif edib.
 
Onun sözlərinə görə, Belarus "qısa müddət ərzində ŞƏT-ə üzvlük yolunda bütün zəruri prosedurları başa çatdırıb”.

Beləliklə, ölkə təşkilatın tamhüquqlu, onuncu üzvü oldu. Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan oxşar statusa malikdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM