• $
  • £

Bərdə hər iki Qarabağ Müharibəsinin ön cəbhəsi olub – Zahid Oruc

Bərdə hər iki Qarabağ Müharibəsinin ön cəbhəsi olub – Zahid Oruc
18.05.2021 10:36
Bu sözlər Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili Zajid Orucun Bərdədə Qarabağ qazilərinin bir qrupu ilə keçirilən görüşü zamanı səslənib. Xüsusilə qeyd etməliyik ki, 90-ci illərdə Ermənistanın Qarabağa hücumlarında Qarabağa yaxın bölgələr savaşın ağırlığını öz çiyinlərində daşıyıblar. Bir tərəfdən məcburi köckünlərin həmin ərazilərdə daha çox yerləşdirilməsi, humanitar ağırlıq, digər tərəfdən savaşın episentrində olmaq bu bölgələri xüsusi həssas ərazilərə çevirdi. Bərdə əhalisi hər zaman fədakarlıqla, igidliklə hər iki Qarabağ Müharibəsinə böyük töhfələr verdi. Qeyd edək ki, 100 min dən artıq məcburi köçkünü öz qoynunda saxlayan Bərdə camaatı İkinci Qarabağ Müharibəsində də böyük fədakarlıqlar etdi. 

Zahid Orucla görüşdə ilk növbədə Vətən Müharibəsindəki qələbədən bəhs olundu, qələbənin tarixi önəmindən danışıldı, ayrı-ayrı döyüşçülərin igidliklərindən bəhs olundu. Görüşdə ayrıca olaraq vurğulandı ki, dövləimiz tərəfindən icra hakimiyyətlərində yaradılan qazilər və şəhid ailələri ilə iş şöbələrinə məhz qazilərin təyin olunmağı dövlətin Vətən Müharibəsi iştirakçılarını siyasi idarəetmə komandasının tərkib hissəsi kimi qəbul etməyidir. Görüşdə həmçinin müharibə iştirakçılarının sosial, məişət, tibbi problemlərinə toxunuldu. Əksər çıxış edənlər tərəfindən irəliyə sürülən fikirlər müalicə müəssisələrində müalicələri yarımçıq qalan, səhhətlərində problem olan qazilərin millət vəkili tərəfindən diqqətə götürülməsini istəyib. Qərara gəlinib ki, bu tip görüşlərin mütəmadi qrafiki hazırlanmalıdır. Dövlətimizin rəhbərliyinin, ali baş komandanın şəhidlərimizə, qazilərimizə olan ehtiramı sübut edir ki, bu hər bir hakimiyyət orqanı təmsilçisi üçün tələb olunan önəmli məsələdir. Qarşıdakı dövrdə müxtəlif təşkilati formatların yaradılması da məqsədəuyğun hesab edilib. Bərdənin savaşda mülki itkilıərinin də digər bölgələrdən daha çox olduğunu nəzərə alaraq bu qəhrəman şəhərin adının, statusunun olmağı məsələsi də gündəmə gətirilib. Millət vəkili Zahid Oruc qaldırılan məsələlərin hər birini müvafiq orqanlara yönəldiləcəyini qeyd etdi. 

Bütün bölgələr kimi Azərbaycan xalqı vahid bir yumruq kimi bu savaşa töhfələr veriblər. Zahid Oruc bildirib ki, icra hakimiyyətləri də lazımi addımlar atmalı, qazilərlə, şəhid ailələri ilə daimi görüşlər keçirməlidir. Xatırladaq ki, Bərdə 50-dən artıq hərbi şəhid verib, 30-dan artıq mülki itkiləri olub, erməni vandalizminin həmişə hədəfinə çevrilib. Bərdə hər zaman qəhrəman övladlar yetişdirib. Təhsil, ədəbiyyat, mədəniyyət sahəsində də Bərdə camaatının gördüyü işlərin sistemli qiymətləndirilməsi üçün bundan sonra da işlər görüləcəkdir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Cəmiyyət 11:57
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Öpüşmə və evlilik təklifi edən cütlük həbs olunub
Cəmiyyət 11:49
Öpüşmə və evlilik təklifi edən cütlük həbs olunub
Tiktoker Arzum 5 il 2 ay həbs cəzasına məhkum edib
Cəmiyyət 11:28
Tiktoker Arzum 5 il 2 ay həbs cəzasına məhkum edib
AEM: İyunda 68 aptek yoxlanılıb, 38 qutu dərman satışdan çıxarılıb
Cəmiyyət 11:22
AEM: İyunda 68 aptek yoxlanılıb, 38 qutu dərman satışdan çıxarılıb
Təkrar sertifikasiyadan keçməyən müəllimlər üçün komissiyalar yaradılıb
Cəmiyyət 10:31
Təkrar sertifikasiyadan keçməyən müəllimlər üçün komissiyalar yaradılıb

Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub
Cəmiyyət 10:10
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub

Gəncədə körpə qızdırmadan ölüb
Cəmiyyət 09:13
Gəncədə körpə qızdırmadan ölüb
Bu gün Azərbaycanda Polis Günüdür
Cəmiyyət 09:00
Bu gün Azərbaycanda Polis Günüdür
Sabah paytaxtın bu rayonlarında işıq kəsiləcək
Cəmiyyət 00:28
Sabah paytaxtın bu rayonlarında işıq kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol