Bərdə rayonunun Mürəssəfli kənd sakini Azər Əsədov həyətində bəslədiyi dovşanlara daldalanacaq düzəltmək məqsədi ilə yeri qazarkən nadir tapıntılar aşkarlayıb.
ANN.Az Region TV-yə istinadən xəbər verir ki, o, həmin yerdən içərisində qədim muncuqlar və misdən düzəldilən zinət əşyaları olan iri küplər tapıb.
Bərdə sakini deyir ki, 1990-cı ildən istifadəsində olan həyətyanı sahəsində əvvəllər də əkin işləri apararkən qədim əşyalar, əsasən də küp qırıqları aşkarlayıb. Lakin indi tapdığı əşyalar onun diqqətini daha çox çəkib: ”Buradan ilk dəfə iri saxsı qablar tapdım. Onların böyründən muncuqlar çıxdı. Sonra yenə qazdıqca saxsı qablar, mis alətlər çıxdı.Deyilənlərə görə. tapdığım əşyaların tarixi 1500 ilə təsadüf edir”.
Azər Əsədov tapdığı əşyaları mühafizə etmək məqsədi ilə evində kiçik muzey yaratmaq niyyətindədir.O, həm də mütəxəssislərin ərazidə tədqiqat
aparmasını istəyir. ()
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !