Fərəhin anası danışdı – VİDEO

14:06 | 22.05.2015
Fərəhin anası danışdı – VİDEO

Fərəhin anası danışdı – VİDEO

"Günə Baxan” verilişinin aparıcısı Elgiz Əkbər xəstəxanaya gedərək, Binəqədi rayonunda yanan bina sakinlərinə baş çəkdi.

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, xəstəxanada olarkən Elgiz Əkbər bütün şöbələri gəzərək xəstələrlə tək-tək görüşərək və onların vəziyyətləri ilə tanış olub. 

Tüstüdən zəhərlənən bina sakinlərindən biri bildirdi ki, sağ qalmasının səbəbi 3 saat dayanmadan su içməsi olub. Evdə tək olan ev sahibi yuxudan oyananda bütün evin yandığını görüb. 3 satdan sonra FHN əməkdaşı tərəfindən xilas olunub. Amma xilas olunmağına ev sahibi hələ də inana bilmir. FHN-nin əməkdaşı öz paltarını sakinə geyindirərək onu son anda binadan xilas edə bilib. 

Aparıcı xəstəxanada Fərəhin anası ilə də söhbət etdi. O yaxşı olduğunu, onun haqqında yayılan şayiələrin yalan olduğunu bildirdi. Qadının təəssüfləndiyi isə təbii ki, balasını itirmək oldu.

Zəhərlənən bina sakinləri onlara xəstəxanada yaxşı baxıldığını və vəziyyələtrinin normal olduğunu dedilər.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti