Bakının mərkəzində “Sabun köpükləri” festivalı - VİDEO

14:08 | 04.06.2015
Bakının mərkəzində “Sabun köpükləri” festivalı - VİDEO

Bakının mərkəzində “Sabun köpükləri” festivalı - VİDEO

Bakının mərkəzində "Sabun köpükləri” adlı fleşmob keçiriləcək.

Oxu.Az xəbər verir ki, "Flashmob Azerbaijan” 7 iyun tarixində Bakıda ənənəvi yüngül və zərif "Sabun köpükləri” festivalını keçirəcək.

Məlumata əsasən, festival saat 18:45-də Natavan heykəlinin yanında başlayacaq. Sonra 19.00-da gənclər köpük festivalı üçün gətirdikləri oyuncağı çıxarıb, üfürməyə başlayacaqlar. Onlar daha sonra sinxron şəkildə Fəvvarələr bağına tərəf yollanacaq, ordan sabun köpükləri buraxıb Gənc Tamaşaçılar Teatrının qarşısına qədər hərəkət edəcəklər. Fleşmob Gənc Tamaşaçılar Teatrının qarşısında təxminən saat 19.45-də bitəcək.

Fleşmob "Bakının adi bir gününü göy qurşağı kimi rəngarəng və unudulmaz edək!” şüarı altında keçiriləcək.

İştirak etmək istəyənlər 7 iyun saat 18.45-də Natavan heykəlinin qarşısına gələrək festivala qatıla bilərlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb