Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib - Rüfət Səfərov

15:42 | 18.01.2023
Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib - Rüfət Səfərov

Bəxtiyar Hacıyevin vəziyyəti pisləşib - Rüfət Səfərov

İctimai fəal Bəxtiyar Hacıyevin mədə qanaxması olub, bunu hüquq müdafiəçisi Rüfət Səfərov Anews.az-a aqlamasında deyib.
 
"Bəxtiyar Hacıyevin mədə qanaxması başlayıb və hazırda 1 saylı Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsində saxlanılır", - hüquq müdafiəçisi bildirib. 
 
Vəkil Zibeydə Sadıqova bildirir ki, Bəxtiyar Hacıyev artıq çox halsızdır, başgicəllənməsinin olduğunu bildirib.

"Yanvarın 17-dən mədəsindən qan gəldiyini deyir. Bəxtiyar mənə dedi ki, hazırda saxlandığı Bakı İstintaq Təcridxanasındakı tibbi-sanitar hissəsinin həkimlərinə bu barədə bildirsə də, hələ də ondan analiz götürülməyib və özü müayinə olunmayıb”.
 
Bəxtiyar Hacıyev  barəsində Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.
 
Hacıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələri ilə təqsirli bilinib.
 
Hacıyev jurnalist Ülviyyə Alovlunun şikayəti ilə xuliqanlıqda ittiham olunur  və bir-birini böhtanda ittiham edirdilər.
 
Hacıyev dekabrın 15-də həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. 29 dekabrda, o, yaxınlarının təkidi ilə aclığı dayandırıb. Lakin yanvarın 8-dən etibarən o, yenidən aclığa başlayıb. Buna səbəbonun ev dustaqlığına buraxılması ilə bağlı müraciətinin məhkəmə tərəfindən təmin edilməməsi olub. 
 
Hacıyev ev dustaqlığına buraxılması ilə bağlı appelyasiyaya iki dəfə müracət ünvanlasa da, şikayəti təmin olunmayıb. 

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda aclığı davam etdirir.
 
Lida

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM