“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO

15:00 | 23.01.2022
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO

“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO

Rusiyanın əməkdar artisti, Vladimir Mayakovski adına Moskva Akademik Teatrın aktyoru Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.
Bu barədə teatrın "Facebook” səhifəsində məlumat verilib.

Qeyd edək ki, Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan respublikasının Qasımkənd rayonunda anadan olub.
Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışır. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafındakı böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə II dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, Azərbaycan kinosunda "1001-ci qastrol” (Qaranəfəs), "De ki, məni sevirsən!” (Rəsmi), "İşgüzar səfər” (Bayramov), "Nizami” (Zərgər), "Bəyin oğurlanması” (Əhməd dayı), "Alman klinikasına şəxsi səfər” və "Ölsəm, bağışla” (Həkim) filmlərində maraqlı obrazlar yaradıb.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti